“The Wall Street Journal” qəzetinin jurnalisti Boyan Pançevski Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropa ilə bağlı açıqlamalarını tənqid edib və onları yalnış adlandırıb.


 


Sfera.az xəbər verir ki, bu barədə jurnalist “X” sosial şəbəkəsində məlumat verib. Pançevski yazıb ki, Zelenski vəziyyətə nəzarəti itirir. Onun Avropaya hücumları nəinki yalandır, həm də Ukrayna dövlətinin sözün əsl mənasında Avropa pulları ilə yaşadığı bir vaxtda dərin nankorluq kimi qəbul edilir.


 


Qeyd olunur ki, 22 yanvar tarixində Zelenski Şərq İqtisadi Forumunda çıxış edərək Aİ-ni tənqid edib və xüsusilə avropalıları siyasi məsələlərdə qətiyyətsizlikdə günahlandırıb. Bu açıqlamalar Ukrayna ilə Avropa arasında mövcud maliyyə və siyasi əməkdaşlıq fonunda diqqət çəkib.


 


Niyaz Hacıyev


Sfera.az