“Kızılcık Şerbeti” serialının aktyoru Doğukan Güngör, narkotik testinin pozitiv çıxması səbəbi ilə serialdan ayrılıb.
Sfera.az xəbər verir ki, bu hadisədən sonra onun tərəf müqabili Seray Kaya sosial şəbəkədə paylaşım edərək Güngörə təşəkkürünü bildirib.
Kaya yazıb: “Əməklərin və gözəl tərəfdaşlığın üçün təşəkkürlər Doğukan”.
Qeyd olunur ki, Doğukan Güngörün ayrılması serialın fanatları arasında böyük müzakirələrə səbəb olub. Seray Kayanın paylaşımı isə həmkarına dəstək mesajı kimi qiymətləndirilir.
Niyaz Hacıyev
Sfera.az