Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların yeni mərhələsinin gələn həftə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi planlaşdırılır.


 


Sfera.az xəbər verir ki, bu barədə “Axios” nəşrinin jurnalisti Barak Ravid sosial media platforması “X”də Ukrayna rəsmiləri arasındakı mənbələrə istinadən məlumat verib.


 


Onun sözlərinə görə, bu günədək aparılan üçtərəfli danışıqlar müsbət və konstruktiv mühitdə keçib. Barak Ravid qeyd edib ki, əldə olunan ilkin razılaşmalar fonunda növbəti mərhələnin gələn həftə Əbu-Dabidə baş tutacağı gözlənilir.


 


Danışıqların detalları ilə bağlı əlavə məlumat verilməyib.


 


Fidan Hacızadə


Sfera.az