Bəzi ölkə mətbəxləri dünya üzrə daha çox sevilir və seçilir.


 


Sfera.az xəbər verir ki, araşdırmalara əsasən, siyahının ilk sırasında İtaliya mətbəxi yer alır. Pizza və makaron kimi yeməklər sadə dadı və geniş yayılması ilə insanlara daha cəlbedici görünür.


 


İkinci pillədə Çin mətbəxi yer alır. Zəngin çeşid, fərqli bişirmə üsulları və münasib qiymətlər Çin yeməklərinin populyarlığını artırır. Ən çox sevilən mətbəxlər arasında Yapon mətbəxi də var. Suşi və ramen kimi yeməklər əsasən sağlam qidalanma ilə əlaqələndirilir və son illər maraq daha da artıb. Araşdırmalarda Yunan mətbəxi sağlam və təbii məhsullara əsaslandığı üçün yüksək qiymətləndirilir. Meksika mətbəxi isə ədviyyatlı və fərqli dadları ilə xüsusilə gənclər arasında sevilir.


 


Fidan Hacızadə


Sfera.az