Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin nəvəsi dünyaya gəlib.


 


Sfera.az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.


 


Xatırladaq ki, Milli Qəhrəmanın oğlu Elvin Mirzəyev 2024-cü ilin dekabrı Ülkər adlı xanımla ailə həyatı qurmuşdu.


 


Qeyd edək ki, İlqar Mirzəyev 2020-ci il iyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısını alarkən şəhid olub.