Salyan rayonunda avtomobil piyadanı vuraraq öldürüb.


 


Sfera.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistralının rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


 


Belə ki, 1981-ci təvəllüdlü İsmayılov Taleh Teyyub oğlu yolu keçmək istəyən zaman avtomobil vurub.


 


Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı xəstəxanaya aparılarkən yolda ölüb.


 


Faktla bağlı araşdırma aparılır.