Qəbələ rayonunda çayxana və mağaza yanıb.
Sfera.az xəbər verir ki, hadisə rayonun Mıxlıqovaq kəndində baş verib.
Əraziyə yanğınsöndürənlər cəlb olunub.
Yanğın zamanı Mikayılov Valeh Əlipənah oğluna məxsus ümumi sahəsi 120 k/m olan mağaz və ona bitişik çayxana tamamilə yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır. Qafqazinfo.az