Samux rayonunda mikroavtobus idarəetmədən çıxaraq aşıb.


 


Sfera.az Report-a istinadən xəbər verir ki, qəza nəticəsində 2000-ci il təvəllüdlü Əsgərov Vüqar İlqar oğlunun öldüyü, daha bir neçə nəfərin xəsarət aldığı bildirilir.


 


Mikroavtobusun fəhlələri daşıdığı qeyd olunur.




Faktla bağlı araşdırma aparılır.