Sumqayıtda sürücü sükan arxasında ölüb.


 


Sfera.az xəbər verir ki,hadisə Bakı-Quba avtomobil yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.


 


Belə ki, hərəkətdə olan "Mercedese" markalı avtomobilin sürücüsünün halı anidən pisləşib və o, maşını yol kənarına çəkib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Sükan arxasında sürücünün meyiti aşkarlanıb.


 


Hazırda hadisənin səbəbləri araşdırılır. /"Report"