Ötən gün Masallı rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 


Sfera.az xəbər verir ki, hadisə rayonun Çaxırlı kəndi ərazisində qeydə alınıb.

 


Belə ki, 1979-cu il təvəllüdlü Zahid İbrahimov idarə etdiyi VAZ-2106 markalı avtomobillə piyada 1961-ci il təvəllüdlü Həsənalı Abbasovu vurub.




Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 


Faktla bağlı araşdırma aparılır.

 


Sürücünün Vətən müharibəsi şəhidi Ziya Gözəlovun atası, ölənin isə qazi atası olduğu bildirilir. (Qafqazinfo.az)