Tanınmış qastroenteroloq Arzu Yusifova Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi vəzifəsindən azad edilib.


 


Sfera.az xəbər verir ki, o, öz ərizəsi ilə işdən çıxıb.


 


Qeyd edək ki, A.Yusifova 2025-ci ilin mayında bu vəzifəyə təyin edilmişdi.


 


O, sözügedən vəzifədə general-mayor Rəfail Mehdiyevi əvəz etmişdi.Globalinfo.az