Samux rayonunda azyaşlı dəm qazından zəhərlənərək ölüb.


 


Sfera.az xəbər verir ki, 2017-ci il təvəllüdlü M.Əsgərov Samux şəhəri, 28 May küçəsində yerləşən yaşayış evinin hamam otağında dəm qazından zəhərlənərək ölüb.


 


Faktla bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır.