Qızılın qiyməti tarixi maksimumu yeniləyərək bir unsiya üçün 5 000 ABŞ dollarını ötüb.


 


Sfera.az xəbər verir ki, qiymətlərdəki bu rekord artım geosiyasi qeyri-müəyyənliklərin artması fonunda investorların təhlükəsiz sığınacaq hesab olunan aktivə kütləvi şəkildə yönəlməsi ilə əlaqələndirilir.


 


Belə ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızıl fyuçersləri 1.75% dəyər qazanaraq 5105 ABŞ dollarına bərabər olub.


 


COMEX-də gümüşün unsiya üzrə fyuçersləri də rekord dərəcədə - 6.36% bahalaşaraq 107.77 ABŞ dolları təşkil edib.