Qadağan olunmuş maddələrə qarşı aparılan testdə müsbət nəticə verdiyi iddia olunan məşhur prodüser Timur Savcının adı “TRT 1” də yayımlanan “Teşkilat” teleserialının açılış titrlərindən çıxarılıb.


 


Sfera.az türk mediasına istinadən xəbər verir ki, altı mövsümdür yayımlanan serialın yeni bölümlərində Savcının ortaq olduğu “Tims&B Productions” (TimsBi) şirkətinin adı da artıq yer almır.




Serialın açılış titrlərində edilən bu dəyişiklik sektor daxilində diqqətlə izlənilir. Məlumata görə, serialın istehsal prosesi ilə bağlı maliyyə sənədləri bundan sonra “TimsBi” deyil, “Double Click” adlı yeni şirkət üzərindən təqdim ediləcək.




Məlumata əsasən, bu dəyişikliklər yalnız “TRT” ilə bağlı layihələri əhatə edir. “Kanal D”də yayımlanan və eyni istehsal şirkətinə məxsus olan “Eşref Rüya” serialının açılış titrlərində və istehsal prosesində isə hələlik hər hansı dəyişiklik müşahidə olunmayıb. Məsələ ilə bağlı rəsmi qurumlar və tərəflərdən əlavə açıqlama verilməyib.


 


Fidan Hacızadə

Sfera.az