2025-ci ildə Azərbaycanda yaşayan və çalışan fiziki şəxslər tərəfindən idxal edilən malların dəyərində rekord qeydə alınıb.
Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, fiziki şəxslər bir ildə xaricdən 2,185 milyard dollar dəyərində mal alıblar.
2024-cü ildə idxalın həcmi 1,98 milyard dollar idi. Müqayisə göstərir ki, ötən il idxalın dəyəri 204 milyon dollar, yəni 10,3 faiz artıb.
Son illərdə fiziki şəxslər tərəfindən idxal edilən malların dəyərində ciddi artım müşahidə edilir. İdxalın dəyəri 2023-cü ildə 1,975 milyard dollar, 2022-ci ildə 1,423 milyard dollar, 2021-ci ildə 1,39 milyard dollar, 2020-ci ildə 1,011 milyard dollar olmuşdu. Beş il əvvəlki tarixlə müqayisədə ötən il fiziki şəxslərin xaricdən aldıqları mallara görə xərclədikləri pul 1,174 milyard dollar, yaxud 2,16 dəfə artıb.
Fiziki şəxslərin idxalının artmasında əsas rolu onlayn ticarət platformaları oynayıb. Alınan malların böyük hissəsini şəxsi minik avtomobilləri, müxtəlif növ geyimlər, yüngül sənaye məhsulları təşkil edib.
Vasif