"ABŞ-nin Kubaya qarşı mümkün təcavüzü Vaşinqton üçün baha başa gələcək".


 


Sfera.az xəbər verir ki, bu sözləri Kuba Prezidenti Migel Dias-Kanel deyib. 


 


Kuba lideri qeyd edib ki, Havana ölkənin ərazi bütövlüyünü müdafiə etməyə hazırlaşır.


 


“Təcavüzdən qaçmağın ən yaxşı yolu imperializmin ölkəmizə hücumun dəyərini hesablamağa məcbur edilməsidir və bu, birbaşa bu cür hərbi əməliyyatlara hazırlıq səviyyəmizlə bağlıdır", - deyə o vurğulayıb.


 


Firuzə Əliyeva

Sfera.az