Maqazin dünyasının iki önəmli siması, Hülya Avşar ilə Tarkan illər sonra barışıb. Uzun müddət araları pozulan məşhurlar, Hülya Avşarın qızı Zəhra Çiilingiroğlu üçün Tarkanın konsertinə bilet tapmaq məqsədilə əlaqə saxlayıblar.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hülya Avşar bir vaxtlar Tarkanı sərt tənqid edib. 2011-ci ildə keçirilən Kral TV Musiqi Mükafatları gecəsində mükafatını almaq üçün gəlməyən Tarkanla bağlı Avşar onu “hörmətsiz” adlandıraraq sərt sözlər işlədib. Lakin illər sonra Hülya Avşar qızı üçün Tarkanla əlaqə saxlayıb və barışdıqlarını açıqlayıb.
Məlumata görə, Tarkan Avşara və Zəhraya konsert üçün yer ayırıb. Beləliklə, Türkiyənin məşhur iki ulduzu arasında illərdir davam edən gərginlik sona çatıb və münasibətlər yenidən normallaşıb.
Bəsti Rəfizadə
Sfera.az