Qətər Olimpiya Komitəsinin Prezidenti Şeyx Cuaan bin Həməd Əl-Tani Asiya Olimpiya Şurasının (AOK) prezidenti seçilib.
Sfera.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Seçkilər Asiya Olimpiya Şurasının Daşkənddə keçirilən 46-cı Baş Assambleyasında baş tutub. Yeni seçilmiş prezident çıxışında bildirib ki, Asiya Olimpiya ailəsi dünyanın ən böyük və ən müxtəlif qitəsini təmsil edir:
“Asiyanın bu qədər müxtəlif olması bizim ən böyük gücümüzdür. Lakin bu müxtəliflik qarşılıqlı hörmətə və Olimpiya dəyərlərinə ortaq sadiqliyə əsaslanan birlik tələb edir. Biz birlik vasitəsilə müxtəlifliyi fürsətə çevirir, Milli Olimpiya Komitələrini gücləndirir və gənclərə qlobal idman səhnəsində uğur qazanmaq üçün geniş imkanlar yaradırıq”.
Asiya Olimpiya Şurasının prezidenti vəzifəsində Şeyx Cuaan bin Həməd Əl-Tani səhhətində yaranan problemlərlə əlaqədar postunu vaxtından əvvəl tərk edən Hindistan nümayəndəsi Randhir Singhi əvəzləyib.
Niyaz Hacıyev
Sfera.az