Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” bir-birindən maraqlı və əyləncəli yeni “Poz-Qazan” oyunları ilə sevindirməyə davam edir.


 


Sfera.az  xəbər verir ki, bu dəfə “Azərlotereya” “Yığ, apar!” lotereyasını təqdim edir. Biletlər artıq satışdadır. Qiyməti 1 manat olan lotereya biletlərinin ümumi sayı 20 000 000 ədəddir. Onlardan 4 815 750 ədədi uduşludur. Cəmi uduş məbləği isə 12 646 000 (63,23%) təşkil edir “Yığ, apar!”da sadəcə 1 manata toplam 12 milyon manatdan çox uduş şansı var.


 


10 ədəd biletdə isə 5000 manatlıq böyük uduş sahiblərini gözləyir. Çoxlarının sevimlisi olan digər “Poz-Qazan” oyunlarında da 5 000-dən 500 000 manatadək böyük uduşlar qazana bilərsiniz. Biletləri “Azərlotereya” satış nöqtələri, “Misli” məntəqələri, "Azərpoçt" şöbələri, “Araz” və OBA marketlər şəbəkəsi, eləcə də digər mağaza və köşklərdən əldə etmək mümkündür.