Braziliyalı yarımmüdafiəçi Con Con tibbi müayinədən keçərək Sankt-Peterburq klubu "Zenit" ilə müqavilə imzalayıb. 




Sfera.az xəbər verir ki, jurnalist Fabritsio Romano bu barədə “Facebook” səhifəsində məlumat verib.




Transferin qiymətinin 20 milyon avro olduğu bildirilib. "Sport-Express" əvvəlcə futbolçunun tibbi müayinədən keçdiyini və "Zenit"in təlim-məşq toplanışına qoşulduğunu xəbər vermişdi.




23 yaşlı Con 2024-cü ildən "Red Bull Bragantino" komandasında çıxış edib və əvvəl Braziliyanın "Palmeiras" klubunda oynayıb. O, "Red Bull Bragantino" üçün ümumilikdə 76 oyuna çıxaraq 20 qol vurub və 14 məhsuldar ötürmə edib.


 


Niyaz Hacıyev

Sfera.az