Ötən il ərzində Azərbaycan ərazisində müvəqqəti yaşama icazəsinin alınması və ya müddətinin uzadılması ilə bağlı 165 ölkənin vətəndaşı tərəfindən 82 648 müraciət daxil olub.
Bu barədə Sfera.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Qurumdan verilən məlumata görə, daimi yaşama icazəsinin alınması və ya müddətinin uzadılması üçün isə 41 ölkənin vətəndaşı tərəfindən 4 776 müraciət qeydə alınıb.
Firuzə Əliyeva
Sfera.az