Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilib.


 


Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.


 


Fərmana əsasən, Prezidentin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 15-ci hissəsinin birinci cümləsində “üç” sözü “dörd” sözü ilə əvəz olunub.


 


Fərman imzalandığı gündən qüvvəyə minib.