Hollandiyanın paytaxtı Amsterdam Avropada ilk dəfə olaraq ictimai yerlərdə ətin bütün növ reklamlarını qadağan edib. Bununla da şəhər bu addımı atan dünyadakı ilk paytaxt kimi tarixə düşüb.


 


Sfera.az  xəbər verir ki, qərar Amsterdam Şəhər Şurası tərəfindən qəbul edilib və əsas məqsəd sağlam qidalanmanı təşviq etmək, eyni zamanda karbon emissiyalarının azaldılmasına töhfə verməkdir.


 


Şəhər Şurasının 45 üzvündən 27-si ət reklamlarının qadağan edilməsini dəstəkləyib. Qərar Heyvanlar Partiyası və Yaşıl/Sol Partiyasının təşəbbüsü ilə qəbul olunub və mayın 1-dən qüvvəyə minəcək.


 


Bu tənzimləmə ilə Amsterdam 2022-ci ildə oxşar qadağa tətbiq edən Haarlem şəhərindən sonra Hollandiyada bu addımı atan üçüncü şəhər olub.


 


Qərarın səbəbi nədir?


 


Səlahiyyətli şəxslər bildiriblər ki, qida sektorundan qaynaqlanan karbon emissiyalarının böyük hissəsi məhz ət istehsalının payına düşür. Qadağa Amsterdamın 2050-ci ilə qədər pəhrizdə bitki əsaslı qidaların payını 50 faizə çatdırmaq hədəfinə dəstək məqsədi daşıyır.


 


Aynil