Sərt pəhriz və intensiv idman proqramı ilə xeyli çəki itirən Bergüzar Korel sosial şəbəkələrdə etdiyi paylaşımlarla yenidən gündəmə gəlib.


 


Sfera.az türk mediasına istinadən xəbər verir ki, aktrisanın təxminən 20 kilo arıqlaması ilə bağlı sosial mediada arıqlama iynələrindən istifadə etdiyi iddiaları irəli sürülüb. İddialara münasibət bildirən Bergüzar Korel bu xəbərləri qəti şəkildə təkzib edib.


 


Aktrisa açıqlamasında bildirib ki, əldə etdiyi nəticə hər hansı iynə və ya süni müdaxilə ilə deyil, intizamlı həyat tərzi hesabınadır:


 


“Ömrüm boyu çox çəki alıb-verdim. Amma dörd ay ərzində bu qədər ciddi dəyişimi ilk dəfə yaşayıram. Bu nəticə tam qidalanma, müntəzəm idman və ciddi intizam sayəsində mümkün olub. Məşqçilərimin, diyetoloqumun və öz zəhmətimin bəhrəsidir”.


 


Bergüzar Korelin açıqlaması sosial mediada geniş rezonans doğurub və pərəstişkarları tərəfindən dəstək mesajları ilə qarşılanıb. Qeyd edək ki, televiziyanın ən sevilən cütlüklərindən olan Bergüzar Korel və Halit Ergenç 2009-cu ildə ailə həyatı qurublar. Məşhur cütlüyün 2010-cu ildə oğulları Əli, 2020-ci ildə Han, 2021-ci ildə isə qızları Leyla dünyaya gəlib.


 


Fidan Hacızadə


Sfera.az