İngiltərənin “Liverpul” futbol klubu müdafiəçi İfeanyi Ndukvenin transferi ilə bağlı Avstriyanın “Austria Vyana” klubu ilə razılığa gəlib.
Sfera.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gözlənilir ki, 17 yaşlı futbolçu bu yay “Liverpul”un gənclər komandasına qoşulacaq. “Sport-Express” nəşrinin məlumatına görə, Ndukve ilə bağlanacaq müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.
İfeanyi Ndukve nigeriyalı ata və rus ananın övladıdır. O, 2025-ci il dünya çempionatında Avstriyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasında çıxış edib və turnirdə gümüş medal qazanıb.
Niyaz Hacıyev
Sfera.az