2025-ci ilin sonuna olan məlumata əsasən Azərbaycan Dövlət Neft Fondunda olan qızılın miqdarı 200 tona çatıb. 




Sfera.az Fonda istinadən xəbər verir ki, bir il ərzində qızılın miqdarı 53,4 ton artıb. 




Qızılın miqdarı ilə bərabər onun dəyərində də kəskin artım baş verib. 




Bir il əvvəl 146,6 ton olan qızılın dəyəri 12,354 milyard dollar olduğu halda, 2025-ci ilin sonunda 200 ton olan qızılın dəyəri 28,063 milyard dolları ötüb. 




Beləliklə, bir il ərzində Neft Fondunun qızıl ehtiyatlarının dəyəri 15,709 milyard dollar artıb. 




Vasif

Sfera.az