Hava şəraiti səbəbindən “Kolumbus Blu Cekets” və Los “Angeles Kings” arasında keçiriləcək Milli Hokkey Liqasının (NHL) müntəzəm mövsüm oyunu təxirə salınıb. 


 


Sfera.az xəbər verir ki, bu barədə “Los Angeles Kings”in mətbuat xidməti məlumat yayıb.


 


Oyun Moskva vaxtı ilə 27 yanvar gecəsi ABŞ-nin Ohayo ştatının Kolumbus şəhərində keçirilməli idi, lakin görüş 9 mart tarixinə keçirilib.




Qeyd edək ki, Los Angeles Kings Sakit Okean Divizionunda 50 oyundan sonra 55 xalla beşinci, Kolumbus isə Metropoliten Divizionunda 51 oyundan sonra 55 xalla yeddinci yerdədir.


 


Niyaz Hacıyev

Sfera.az