Müntəzəm idman fəaliyyəti həm fiziki, həm də psixoloji sağlamlıq üçün olduqca vacibdir.


 


Sfera.az xəbər verir ki, müxtəlif idman növlərini sağlamlığa təsiri, əzələ qruplarının aktivliyi və uzunömürlülüyə töhfəsi baxımından təhlillər aparılıb. Araşdırmalara əsasən, üzgüçülük bədən üçün ən balanslı idman növlərindən biri hesab olunur. Bu idman növü bütün əsas əzələ qruplarını işlədərək oynaqlara minimum yük salır və ürək-damar sistemini gücləndirir.


 


Qaçış və sürətli yürüş isə ürək sağlamlığını qorumaq, artıq çəkini azaltmaq və dözümlülüyü artırmaq baxımından effektivdir. Bu idman növlərinin stressi azaltdığını və zehni rahatlıq yaratdığını bildirilib.


 


Eyni zamanda araşdırmada velosiped sürmək də ön sıralarda yer alıb. Velosiped əzələləri möhkəmləndirir, ağciyər tutumunu artırır və xüsusilə açıq havada icra edildikdə psixoloji rahatlıq yaradır. Bundan əlavə, komanda idman növləri futbol, basketbol və voleybol kimi sosial bacarıqların inkişafı, reflekslərin güclənməsi və ümumi fiziki aktivliyin artması baxımından faydalı hesab olunur. Bildirilir ki, ən yaxşı idman növü insanın yaşına, sağlamlıq vəziyyətinə və həyat tərzinə uyğun seçiləndir. Əsas məqsəd isə idmanı gündəlik həyatın bir hissəsinə çevirməkdir.


 


Fidan Hacızadə


Sfera.az