Sevgi həyatı ilə tez-tez gündəmə gələn məşhur müğənni İrem Derici ilə sevgilisi DJ Melih Kunukçunun münasibətlərinə son qoyduğu iddia olunub.


 


Sfera.az türk mediasına istinadən xəbər verir ki, cütlüyün sosial mediada bir-birini izləmədən çıxması ayrılıq şayiələrini daha da gücləndirib. Məsələ ilə bağlı açıqlama verən İrem Derici münasibətlərində hazırda qeyri-müəyyənlik olduğunu bildirib.


 


Müğənni deyib: “Düzünü desəm, hazırda nə olduğumuz bəlli deyil, bir az fasilədəyik. Bir-birimizə yer verməyə qərar verdik. Mən Qoç bürcündənəm və arxa plana keçəndə ağlım dolaşır. Deyə bilərik ki, fasilə verdik. Ümid edirəm ki, bu, məyusluqla bitməz. Danışırıq, amma bir-birimizi görmürük”.


 


Qısa müddətli ayrılıq yaşayan cütlük sonradan xoşbəxt anlarını əks etdirən fotolarını sosial mediada paylaşıb. İrem Derici Paris tətilindən yeni görüntülərini pərəstişkarlarına təqdim edib. Derici və Kunukçunun romantik paylaşımları qısa zamanda çoxsaylı bəyənmə və şərh toplayaraq diqqət mərkəzinə düşüb.


 


Fidan Hacızadə


Sfera.az