Ukraynanın keçmiş baş naziri (2010-2014) Nikolay Azarov bildirib ki, Kiyev Avropa İttifaqına (Aİ) üzv olmaq üçün tələb olunan meyarlara cavab vermir.
Sfera.az xəbər verir ki, bu barədə o, “Rossiya-24” televiziya kanalında açıqlama verib.
Azarov qeyd edib ki, hətta texniki səbəblərə görə belə, Ukrayna Avropa İttifaqına daxil ola bilməz. “Avropa ortaq bazardır. Bəs Avropa tələblərinə cavab verməyən mallar necə birdən bu bazarda peyda ola bilər?” – deyə keçmiş baş nazir sual edib. O, ölkədə həll olunmamış sərhədləri və Kiyevin Avropanın çox danışdığı meyarlara, yəni söz azadlığı və müstəqil məhkəmə hakimiyyətinə cavab verməməsini üzə çıxarıb.
Azarov əlavə edib ki, balanslaşdırılmış büdcənin olmaması da Ukraynanın Aİ üzvlüyünə mane olur. Onun sözlərinə görə, ölkə büdcəsinin dörddə biri Avropa İttifaqı tərəfindən maliyyələşdirilir ki, bu da təxminən 40–50 milyard avro təşkil edir. “Avropa İttifaqı bu kəsiri uzun müddət, ən azı 10–15 il ərzində maliyyələşdirə biləcəyini bilmirəm”, – deyə Azarov bildirib.
Qeyd edək ki, Britaniyanın “Financial Times” qəzeti daha əvvəl ABŞ tərəfindən təklif edilən sülh razılaşmasının Ukraynanın 2027-ci il yanvarın 1-dək Aİ-yə qoşulmasını nəzərdə tutduğunu yazmışdı.
Niyaz Hacıyev
Sfera.az