Son dövrlər dünya əmtəə bazarlarında diqqətçəkən proseslərdən biri də gümüşün qiymətində müşahidə olunan kəskin artımdır. Ənənəvi olaraq “təhlükəsiz liman” sayılan qızıl bahalaşmaqda davam etsə də, bu dəfə artım tempinə görə onu geridə qoyan məhz gümüş olub. Statistik göstəricilər göstərir ki, gümüşün qiyməti tarixdə ilk dəfə olaraq 100 dollar həddini keçib. Hazırda bu qiymətli metalın bir troya unsiyası (31,1 qram) 110 dollardan baha təklif olunur.




Məlumata görə, gümüş ötən il ərzində 2 dəfədən çox, 2025-ci ilin əvvəlindən bu yana isə təxminən 40 faiz bahalaşıb. Bu qədər sürətli artım isə investorlar və bazar iştirakçıları üçün bir sıra suallar doğurur. Gümüşün qiymətindəki yüksəliş birbaşa qızılın bahalaşması ilə bağlıdır, yoxsa burada başqa iqtisadi və bazar amilləri də rol oynayır? Mövcud qiymət səviyyəsində gümüşə yatırım etmək nə dərəcədə səmərəlidir və bu artım davamlı ola bilərmi?


 



 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, gümüşün qiymətinin sürətlə artaraq qızılı kölgədə qoymasının əsas səbəblərindən biri onun uzun müddət nisbətən ucuz qalmasıdır.




Mütəxəssisin sözlərinə görə, birjalarda tarixən qızıl və gümüşün qiymətləri paralel şəkildə hərəkət edib:


 


“Sadəcə qızıl indi o qədər bahalaşıb ki, investorlar qızıl ala bilməyəndə daha ucuz seçim kimi gümüşə yönəlirlər. Bu da gümüşün qiymətinin daha sürətlə artımına səbəb olur. Lakin bu artımın səbəbi təkcə tələbatla bağlı deyil. Əsas məsələ qızılın qiymətinin çox sürətlə artmasıdır”.


 


Firuzə Əliyeva

Sfera.az