FİFA-nın keçmiş prezidenti Yozef Blatter futbol azarkeşlərini 2026-cı il Dünya Kuboku üçün ABŞ-yə səyahət etməkdən çəkinməyə çağırıb.
Sfera.az xəbər verir ki, o, bu barədə “RMC Sport” televiziya kanalına verdiyi müsahibədə danışıb.
“Azarkeşlərə yalnız bir məsləhətim var: ABŞ-dən uzaq durun. Turniri televiziyada izləmək daha yaxşıdır”, – deyə Blatter bildirib. Onun sözlərinə görə, ABŞ-yə gələn azarkeşlər hakimiyyət orqanları ilə davranışlarında ən kiçik səhvə yol versələr belə, dərhal ölkədən deportasiya edilə bilərlər. “Əgər şanslı olsalar”, – deyə o əlavə edib.
Qeyd edək ki, 2026-cı il futbol üzrə Dünya Kuboku 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək. Daha əvvəl “The Economist” nəşri bəzi Avropa ölkələrinin Qrenlandiya ilə bağlı yaranmış mübahisələr fonunda turniri boykot etmə ehtimalını müzakirə etdiyini yazmışdı.
Niyaz Hacıyev
Sfera.az