Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.


 


Sfera.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yanvarın 28-də bəzi rayonlarda dumanlı hava şəraiti ilə müşahidə olunacaq.


 


Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.


 


Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.