Azərbaycan teatrlarında 46 ştat ləğv edilib .


 


Sfera.az bildirir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib. 


 


Onlardan 2-si bədii rəhbər, 21-i baş rejissor və 23-ü baş rəssam ştatıdır.


 


Hazırda bu vəzifələri icra edən şəxslər teatrların yenilənmiş strukturuna uyğun olaraq fəaliyyətlərini quruluşçu rejissor, yaradıcı şöbə müdiri, rəssam və quruluşçu rəssam vəzifələrində davam etdirirlər.