Hollivudun ən ikonik simalarından biri olan Ancelina Coli illərdir təkcə rol aldığı filmlərlə deyil, həm də zərif gözəlliyi, xarizması və aktyorluq bacarığı ilə diqqət mərkəzindədir.




Sfera.az xəbər verir ki, ulduz aktrisanın qatıldığı tədbirlərdən birində kameraya düşən görüntüləri bu dəfə ictimaiyyətin onu tamamilə fərqli bir detal üzərindən müzakirə etməsinə səbəb olub. Colinin qeyri-adi əl hərəkətləri qısa müddətdə sosial medianın gündəminə çevrilib.




“Lara Kroft”dan “Malefisenta”ya qədər uzanan uğurlu karyerası, qırmızı xalçalardakı aristokrat duruşu və illər ərzində formalaşdırdığı imici ilə Ancelina Coli hər addımı ilə maraq doğuran adlardan biridir. Bu səbəbdən onun ən xırda davranışları belə diqqətdən kənarda qalmır.




Bu dəfə sosial şəbəkələrdə yayılan qısa video böyük əks-səda doğurub. Kadrlarda Colinin kameralara tuş gələn qeyri-adi əl jestləri istifadəçilərin diqqətini çəkib.

Görüntülər yayılan kimi sosial media istifadəçiləri detalları müzakirə etməyə başlayıb. Bəziləri bu hərəkətləri tamamilə təbii və jestik ifadə kimi qiymətləndirib, digərləri isə onları qəribə hesab edib.


 


Video həm yumor paylaşımlarının artmasına, həm də mübahisələrin yaranmasına səbəb olub.


 


Aynil