Bakının bir sıra yollarında tıxac yaranıb.


 


Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.


 


Hal-hazırda tıxac olan yollar:


 


1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;


 


2. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;


 


3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;


 


4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;


 


5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;


 


6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;


 


7. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;


 


8. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.