Xırdalanda dəm qazından ölüm hadisəsi baş verib.


 


Sfera.az xəbər verir ki, hadisə şəhərin 26-cı məhəllə adlanan hissəsindəki fərdi yaşayış evində qeydə alınıb.


 


Məlumata görə, Rahib Xeyrulla oğlu Qənbərov yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.


 


Faktla bağlı araşdırma aparılır.