Serbiyalı Novak Cokoviç Avstraliya Açıq Turnirinin dörddəbir finalında italiyalı Lorenzo Musettini məğlub edərək yarımfinala yüksəlib.
Sfera.az xəbər verir ki, turnir Melburnda keçirilir.
Musetti 6-4, 6-3, 1-3 hesabı ilə öndə olarkən əzələ zədəsi səbəbindən matçı başa vura bilməyib.
Yarımfinalda Cokoviç, amerikalı Ben Şelton və italiyalı Yannik Sinner arasında keçiriləcək matçın qalibi ilə üz-üzə gələcək.
Cokoviç hazırda dünyada dördüncü yerdədir. Tennis Peşəkarları Assosiasiyasının (ATP) himayəsi altında 101 turnir qazanmış serb tennisçi 24 Böyük Dəbilqə tituluna malikdir və bu, kişilərin tək yarışlarında rekord hesab olunur. O, həmçinin 2024-cü ilin Olimpiya çempionu, 2008-ci ilin Olimpiya bürünc medalçısı və 2010-cu ildə Devis Kubokunun qalibidir. Novak Cokoviç dünyanın bir nömrəli tennisçisi kimi ən çox həftə keçirən rekorduna da (428 həftə) sahibdir.
Avstraliya Açıq Turniri mövsümün ilk Böyük Dəbilqə turniridir və sərt kortda keçirilir. Yarış 1 fevralda başa çatacaq, mükafat fondu isə təxminən 75 milyon dollardır. Hazırkı çempion Yannik Sinnerdir.
Niyaz Hacıyev
Sfera.az