Son 10 gün ərzində ABŞ dollarının məzənnə dəyərində ucuzlaşma müşahidə edilir. ABŞ dollarının dünyanın aparıcı 6 valyutasına qarşı ortaq məzənnə dəyərini ifadə edən Dollar İndeksində enmə bunu göstərir.
Sfera.az xəbər verir ki, 10 gün əvvəl Dollar İndeksi 99,2 səviyyəsində idi. Amma hazırda indeks 95,8 səviyyəsinə edib.
Dolların ucuzlaşması bir sıra mühüm əmtəələrin, o cümlədən neft və qızılın bahalaşmasına səbəb olur.
Bəs dolların son günlərdə ucuzlaşması nə ilə bağlıdır?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Fuad İbrahimov bildirib ki, Dollar İndeksinin bu qədər enməsinin hansısa qlobal problemlə əlaqəsi yoxdur.
Onun sözlərinə görə, keçən ilin əvvəlində dollar digər valyuta cütlüklərinə qarşı möhkəm vəziyyətdə olub, 2014-də isə indikindən iki dəfə ucuz idi. Ekspert bildirib ki, 2025-də dollarla digər aparıcı valyutaların münasibətində bərabərləşmə baş verib:
“İndi isə 15-16 faiz ucuzlaşma prosesi gedib. Bu ümumi olaraq dolların ucuzlaşması və ya ABŞ iqtisadiyyatında hansısa tənəzzülü yaşanması və ya digər bu qəbildən olan makro iqtisadi səviyyədə natarazlığın əlaqəsi yoxdur. Bu, sadəcə olaraq maliyyə dünyasında üfüqi dalğalanmadır. Hansısa eniş trendi olması və bunun davamlılığna yönəlmiş siqnal deyil”.
Firuzə Əliyeva
Sfera.az