Türkiyəli aktrisa Didem Balçın şəxsi həyatında radikal dəyişiklik etdiyini açıqlayıb.


 


Sfera.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, artıq hər kəs tərəfindən sevilmək və hamını məmnun etmək kimi bir qayğı daşımadığını bildirib. Balçın etiraf edib ki, bir gün səhər oyandıqdan sonra sosial media hesabından 800 nəfəri silib. Aktrisanın sözlərinə görə, bu addımı ətrafındakı bəzi insanlar təəccüblə qarşılayıb.


 


Onlardan biri Balçına mesaj yazaraq bu vəziyyətin onu kədərləndirdiyini deyib. Didem Balçın isə buna sərt cavab verib: “Burada kədərli nə var ki? 3 ildir nə salam, nə də necəsən var. Atam vəfat edəndə sən orada deyildin”.


 


Aktrisa bildirib ki, bu proses davam edəcək və həyatında ona real mənada toxunmayan insanlarla yollarını ayırmağa davam edəcək. O həmçinin, daha 800 nəfəri də siləcəyini əlavə edib. Didem Balçının bu açıqlaması sosial mediada geniş müzakirələrə səbəb olub. Bir çox izləyici onun səmimi etiraflarını dəstəkləyərək, şəxsi sərhədlərin qorunmasının vacibliyini vurğulayıb.


 


Fidan Hacızadə


Sfera.az