Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb.
Sfera.az xəbər verir ki, bu mərhələdə Horovlu kəndinə 20 ailə (77 nəfər) köçürülüb.
Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.