İtaliyalı tennisçi Yannik Sinner amerikalı Ben Şeltonu məğlub edərək Avstraliya Açıq Turnirinin yarımfinalına vəsiqə qazanıb.
Sfera.az xəbər verir ki, mövsümün ilk Böyük Dəbilqə turniri Avstraliyanın Melburn şəhərində keçirilir.
Növbəti mərhələdə turnirin ikinci nömrəli səpələnmişi olan Sinner serbiyalı Novak Cokoviçlə (4) üz-üzə gələcək. Digər yarımfinal görüşündə isə dünya reytinqinin lideri ispaniyalı Karlos Alkaraz (1) almaniyalı Aleksandr Zverevlə (3) qarşılaşacaq.
Qeyd edək ki, Avstraliya Açıq Turniri sərt kortda təşkil olunur və fevralın 1-də başa çatacaq. Turnirin mükafat fondu təxminən 75 milyon ABŞ dollarıdır. Yarışın hazırkı çempionu Yannik Sinnerdir.
Niyaz Hacıyev
Sfera.az