“Liman Sığorta və Təkrar Sığorta brokeri” MMC-yə yeni direktor təyin edilib.


 


Sfera.az xəbər verir ki, bu vəzifə Xəlil Abbasova həvalə edilib.


 


Xəlil Abbasov 2023-cü ilin oktyabr ayından indiyə kimi “Xalq Sığorta”nın Anderraytinq bölməsinin Əməliyyat və təkrar sığorta şöbəsinin Baş mütəxəssisi kimi çalışıb.


 


Xatırladaq ki, “Liman Sığorta və Təkrarsığorta Brokeri” 2022-ci ildən Azərbaycan Respublikasının Mərkəzi Bankının SB-009 lisenziyası əsasında fəaliyyət göstərir və Azərbaycan Sığortaçılar Assosasiyası üzvlüyünə qəbul edilib.( mənbə: banker.az)