Lüks moda brendi “Balenciaga” bu dəfə 14 min manat dəyərində olan günəş eynəyi ilə gündəmə gəlib. Brendin həm dizaynları, həm də yüksək qiymətləri tez-tez müzakirə mövzusu olsa da, yeni eynəyin forması xüsusilə diqqət çəkib.
Sfera.az bildirir ki, “Balenciaga” sözügedən məhsulu günəş eynəyi adı ilə təqdim edib. Maskanı xatırladan dizayn sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb və qısa zamanda zarafat obyektinə çevrilib.
Sosial mediada eynək qaynaq eynəkləri ilə müqayisə olunub, müxtəlif ironik paylaşımlar edilib. Lüks alış-verişləri ilə tanınan Mr.Can isə sözügedən günəş eynəyini 78 min manatlıq palto ilə birlikdə paylaşaraq müzakirələri daha da alovlandırıb.
Aynil