Bəzən real hekayələr ən yaradıcı uydurmadan belə daha şok edici ola bilər. Fransanın Olonzak şəhərində yaşayan cütlük Patrik və Evelyne Sire 2025-ci ilin avqust ayında İspaniyaya Ebro Deltaya tətilə gediblər. Lakin, bu xoş səyahət, pişikləri Filou qəfildən Girona yaxınlığındakı istirahət dayanacağında yoxa çıxdıqda drama çevrilib. Günlərlə kiçik dostlarını axtaran, ehtimal ki, açıq pəncərədən qaçan pişiyin ailəsi təəssüf ki, Fransaya əliboş qayıtmalı olub. Evə qayıtdıqdan günlər sonra həyatlarının şokunu yaşayıblar.
Sfera.az bildirir ki, aylarla sükutdan sonra bütün ümidlər itmiş kimi göründüyü zaman bir möcüzə baş verib. Filou itkin düşməsindən beş ay sonra evindən bir neçə yüz metr aralıda qonşu kənddə yorğun halda tapılıb. Zəifləmiş və yorğun olsa da, gözlərindəki tanış ifadə dəyişməz qalıb. Mikroçip yoxlamaları bu gəzən pişiyin həqiqətən itkin düşmüş Filou olduğunu təsdiqləyib. Ölçmələr həqiqəti bütün sərtliyi ilə ortaya qoyulub: Filou təxminən 250 kilometr təkbaşına səyahət edib.
Filou ailəsi ilə yenidən görüşmək üçün günlərlə dağlar və dərələr üzərindən yol qət edib.
Bu qeyri-adi səyahət sadəcə bir gəzinti deyil, aşılmaz dağları, dərin çayları və beynəlxalq sərhədi əhatə edən böyük bir yaşam mübarizəsi idi. Alimlər pişiklərin güclü məkan yaddaşı və naviqasiya qabiliyyətləri ilə tanındığını desələr də, Filounun bu qədər çətin bir ərazini necə aşdığı böyük bir sirr olaraq qalır. Sosial mediada böyük bir ajiotaj yaradan bu hadisə bir daha sədaqət və instinktlərin nə qədər güclü ola biləcəyini sübut edir. Baytarlıq nəzarəti altında sağalmağa başlayan Filou hazırda aid olduğu evində rahat dincəlir.
Aynil