"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.
Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi bu raundda PSJ (Fransa) və ya "Nyukasl" (İngiltərə) komandalarından birinə rəqib olacaq.
Pley-off mərhələsinin püşkatması yanvarı 30-da keçiriləcək.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsini 10 xalla 22-ci pillədə başa vurub./ Teleqraf