NVIDIA qrafik kartlarının qiymətlərinin kəskin artması pərakəndə satışlara təsir göstərməyə başlayıb və tələbatın azalmasına səbəb olub.
Sfera.az xəbər verir ki, Alman pərakəndə satış şirkəti "Mindfactory"nin həftəlik statistikasına görə, ötən həftə 8GB və 16GB yaddaş versiyalarında yalnız 20 ədəd RTX 5060 Ti qrafik kartı satılıb. Daha bahalı model isə alıcı tapmayıb.
Bir ay əvvəl bu modelin həftəlik satışları təxminən 200 ədədə çatırdı.