Quba rayonunda bir nəfər dəm qazından zəhərlənib.


 


Sfera.az-ın xəbərinə görə, Ələkbərov Asəf Mirzə oğlu özünə məxsus fərdi yaşayış evinin hamam otağında çimərkən dəm qazından zəhərlənərək vəfat edib.


 


Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.