Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya neftini emal edən bütün neft emalı zavodlarına qarşı məhdudiyyətlərin növbəti anti-Rusiya sanksiyaları paketinə salınmasını təklif edib.


 


Sfera.az xəbər verir ki, o, bu təşəbbüslə Brüsseldə Avropa İttifaqı xarici işlər nazirlərinin görüşü ərəfəsində jurnalistlərə açıqlamasında çıxış edib.


 


Sikorski bildirib ki, Rusiya neftini emal edən zavodlara sanksiyaların tətbiqi məsələsini iclas zamanı gündəmə gətirəcək.




Nazirin sözlərinə görə, bu addım Rusiyanın neft ticarətində istifadə etdiyi “kölgə donanması”na qarşı görülən tədbirlərə effektiv tamamlayıcı ola bilər.


 


Niyaz Hacıyev

Sfera.az