İrəvan Moskva ilə sıx əməkdaşlıq edir və bütün sahələrdə münasibətləri inkişaf etdirir.


 


Sfera.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. 




“Biz həm Rusiya, həm də Çin ilə çox sıx əməkdaşlıq edirik. Mən Rusiya prezidenti ilə iki-üç görüş keçirdim və biz bütün sahələrdə münasibətlərimizi inkişaf etdiririk”, – deyə Paşinyan İrəvanda keçirilən brifinqdə qeyd edib.




O əlavə edib ki, Ermənistan regional kommunikasiyaların açılması ilə bağlı əməkdaşlığı dərinləşdirmək üçün Rusiyaya yazılı sorğu göndərib.


 


“Düzünü desəm, hələlik yazılı cavabın olub-olmadığını bilmirəm, amma ümumilikdə müsbət siqnallar alırıq və ümid edirik ki, proses sürətlənəcək”, – deyə Paşinyan Ermənistanın regional dəmir yolu infrastrukturunun bərpası ilə bağlı Rusiyadan cavab alıb-almadığı ilə bağlı suala cavab verib.


 


Niyaz Hacıyev

Sfera.az